İnsan resurslarının idarə edilməsi
  • Müəssisənin düzgün kadr siyasətinin seçilməsi ilə bağlı  məsləhətlərin verilməsi;
  • Əmək müqavilələrinin  “Elektron İnformasiya Sistemi”nə daxil edilməsi;
  • Yeni işçilərin əmək müqavilələrinin və əmrlərinin tərtib edilməsi və qeydiyyatının aparılması;
  • İşçilərin məzuniyyət qrafikinin qurulması, sosial və ödənişsiz məzuniyyətlərin ƏM tələblərinə uyğun təşkili;
  • Qadınların, əlillərin, yaşı 18-dən az olan işçilərin əmək münasibətlərində hüquqlarının təmin edilməsi və qorunması;
  • Əmək haqqından gəlir vergisi hesablanarkən xüsusi güzəşt tətbiq olunan şəxslərin hüquqlarının təmin edilməsi;
  • İş vaxtının uçotunun aparılması və işçilərin AR Nazirlər Kabinetinin təsdiqlədiyi iş vaxtının normasına uyğun işləməsinin təmin edilməsi;
  • Əmək kitabçalarının qeydiyyatı və uçotunun aparılması;
  • Dövlət  Məşğulluq  Xidmətinə  aylıq, rüblük və illik statistik hesabatların  tərtib və təqdim olunması.