AUDİT

Audit – mühasibat uçotunun aparılması qaydasına riayət edilməsinin, təsərrüfat və maliyyə əməliyyatlarının AR qanunvericiliyinə uyğunluğunun, maliyyə hesabatında təşkilatın fəaliyyətinin əks olunması bütövlüyü və dəqiqliyinin yoxlanılması əsasında təşkilatın maliyyə hesabatlılığının müstəqil ekspertizasıdır. Ekspertiza auditor rəyinin tərtibi ilə qurtarır.

AUDİT-in MƏQSƏDİ

Audit yoxlamasının məqsədi maliyyə hesabatlarının yoxlanması ilə, hesabatların düzgünlüyünün təsdiqi və ya onların qeyri-düzgün olmasının müəyyən olunması, yoxlanılan dövrdə məsrəflərin, gəlirlərin və müəssisə fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda tam, düzgün və dəqiq əks etdirilməsinin yoxlanılması, mühasibat uçotunun və hesabatlarının təşkili və tərtibi qaydalarını tənzımləyən qanunvericiliyə və normativ sənədlərə əməl olunmasına nəzarət və müəssisə əmlakının daha səmərəli istifadə imkanlarının müəyyən olunmasıdır.