Biznesdən - biznesə

Biznesdən - biznesə (B2B)

B2B (business-to-businesss). B2B marketinqdə satış üzrə əsas rol oynayır. Burda satış menecerindən daha çox bacarıqlar, satış texnikalarını bilmək tələb olunur. Potensial müştərilərin düzgün seçilməsi,“soyuq telefon zəngi” bacarığı, görüş“almaq” bacarığı, təqdimat bacarığı və s. daxildir.

B2B marketinqinin əsas xüsusiyyətlərindən biri də reklam xərclərinin çox olmamasıdır. Burada maliyyə resurslarından daha çox insan resursunun keyfiyyətinə ehtiyac var. Şirkətlər satış menecerlərinin təliminə diqqət yetirməlidir. İşçini işə götürməklə iş bitmir. Onları öyrətmək, iş şəraiti ilə təmin etmək, səlahiyyət vermək, həvəsləndirmək lazımdır. Müştəri onunla işləyən işçidə, peşəkarlıq gördükdə onun gözündə şirkətin imici yüksəlir. Çünki müştəri üçün onunla işləyən menecer elə şirkətin özü deməkdir. B2B satışda, satış menecerinə daha çox səlahiyyət vermək lazımdır.

Menecer müştərinin ehtiyacını müəyyən edib, həmin ehtiyacların ödənilməsi istiqamətində qərarlar verməkdə səlahiyyətli olmalıdır. Müştərinin şirkətdən istədiyi əsas şey elə ehtiyacının ödənilməsidir. Uzunmüddətli dövrdə müştəri ehtiyacını ödəyən şirkətlərlə işləyəcək. Şirkət çox nəhəng ola bilər, fabriki böyük ola bilər, özü istehsalçı ola bilər, böyük ofisi ola bilər, işçilərin sayı çox ola bilər və s. Bunlar ayrılıqda müsbət amillər olsa da, müştəri üçün heç bir əhəmiyyət kəsb etmir, əgər şirkət onun istəklərini qarşılaya bilməsə.