Karyeranızda irəliləmək istəyirsiniz? Liderliyin sirlərini araşdıran tədqiqatçı Christine Porath deyir ki, buna həmkarlarınıza hörmətdən başlayın. Elmlə dəstəklənən bu çıxışda o, kobudluğun necə baha başa gəldiyi haqqında təəcüblü fikirlər bölüşür və nəzakətli davranışın peşəkar uğurunuzu və şirkətinizin nəticələrini necə artıra biləcəyini göstərir.İşdə kobudluq inanılmaz dərəcədə adi bir hadisəyə çevrilib. Keçən 14 il ərzində biz müxtəlif şirkətlərdə çalışan minlərlə işçi ilə iş yerində necə rəftar edildiyini öyrənmək üçün sorğu keçirdik və 98%-i qeyri korrekt davranışdan şikayət edib.2011-ci ildə sorğuda iştirak edənlərin yarısı, bu, 1998-ci ildə cəmi dörddə biri ilə müqayisədə ən azı həftədə bir dəfə kobudluq yaşadıqlarını bildirib. Kobudluq şirkətin maliyyə nəticələrinə pis təsir edir. Demək olar ki, iş yerində bu cür davranışlara məruz qalan hər kəs buna mənfi reaksiya verir, bəzən eyni şəkildə cavab verir. İnsanlar onlara hörmət edilmədiyini hiss edərlərsə, yaradıcılıq həvəsini itirirlər; bir çoxları kobudluğa dözməyib iş yerlərini tərk edirlər.Belə bir vəziyyətdə əməkdaşların təxminən yarısı qəsdən diqqətsiz və ya daha az keyfiyyətli işləyir. Bundan əlavə, kobudluq müştəriləri qorxudur. Apardığımız araşdırmalar göstərir ki, insanlar bir şirkətin işçilərinin (müştərilərə deyil, bir-birinə münasibətdə belə) qeyri-adekvat davranışlarını hiss etsələr, onun müştərisi olma ehtimalı azdır. Bir adam hər hansı mübahisənin şahidi olarsa, onun mənfi təəssüratı bütün heyətə, təşkilata və hətta brendə sirayət edir.Tədqiqat zamanı bir sıra işçilərlə, menecerlər, insan resursları departamentlərinin rəhbərləri, prezidentlər və icraçı direktorlarla müsahibə apardıq. Anketlər payladıq, eksperimentlər, görüşlər və müsahibələr keçirdik. ABŞ və Kanadada 14 000-dən çox insanın – həkimlər, hüquqşünaslar, hakimlər, hüquq-mühafizə orqanları əməkdaşları, memarlar, mühəndislər, məsləhətçilər və təlimçilərin hansı şəraitdə kobudluğa məruz qaldıqları və qarşılığında nə etdikləri ilə maraqlandıq.İşdə kobudluğun nə qədər geniş yayıldığını, onun növləri, səbəbləri, zərəri və bununla necə mübarizə aparılacağını anlamaq istədik. Belə bir nəticəyə gəldik ki, tərbiyəsizlik baha başa gəlir, lakin təşkilatlar adətən bunu hiss etmir və hətta nəisə düzəltməyə cəhd etmirlər. Bu yazıda biz öz müşahidələrimizi paylaşırıq, zərəri detallandırırıq və bəzi əks tədbirlər təklif edirik.
Ancaq əvvəlcə nəzakətsizliyin işdə hansı formalarda əks olunduğuna baxaq. Kobudluğun təzahürləriHər kəs bilir ki, “əzazil rəhbərlər” var; çoxları hətta onları şəxsən tanıyır. İş döyüş rinqinə çevirdiyin zaman insanlar ağır stres yaşayırlar. Sorğu iştirakçılarımızdan biri, tabeliyində olanları dəfələrlə təhqir edən, onların ləyaqətini aşağılayan və etmədikləri səhvlərə görə danlayan menecer haqqında danışdı. Menecer bəzən müştərilərlə də kobud davranırmış.Sonda əməkdaş, dözə bilmir və idarəçidən kadrlar şöbəsinə şikayət edir və məlum olur ki, o, heç də birinci deyil. Bir neçə ay sonra həmin menecer ilin əməkdaşı seçilir. Üç gün sonra şikayət edən işçi infarkt keçirir. Bu hekayənin atipik sonluğu olsa da, hədsiz kobudluğun özü təəccüblü dərəcədə yayğındır. İnsanlarla danışanda heç cür təhqiri əksik etməyən bir rəis haqqında əhvalat eşitdik.Bəzən kobudluq epidemiya kimi bütöv bir şöbəni vurur. “Cennifer” hətta qəpik-quruşa çalışmağa razı, yaradıcılıqla məşğul olmaq istəyən gənc mütəxəssisləri cəlb edən bir sənayedə çalışırdı.Burada özlərini elə aparırdılar ki, guya yeni gələnlərin hamıya borcu var. Qapıları çırpmaq, dedi-qodu, bərabərsizlik, başqalarının vaxtına açıq-aşkar hörmətsizlik - iş mühiti belə idi. O vaxtdan illər keçsə də “Cennifer” hələ də müdirin bir hərəkətini qəzəblə xatırlayır: "Burada səhviniz var!" - və bu səhv də , sadəcə şirkət daxili bir yazışmada mexaniki hərf səhvi idi. Bir çox kiçik işçilər getdi. Amma qalanlar zaman keçdikcə “baba” oldular və yeni gələnlərlə bir vaxtlar necə davranılırdısa, elə davranmağa davam etdilər. “Fran” qlobal istehlak malları şirkətinin top meneceri idi. İqtisadiyyatdakı tənəzzülə baxmayaraq, korporasiyanın mənfəəti hər rüb artırdı. Bir gün yuxarı rəhbərliyə təyin olunan Joe peyda oldu və gələn kimi də Frana müharibə elan etdi.Altı ay ərzində Fran durğunluqla deyil, səriştəsiz Joe tərəfindən təhdid edilən biznesi xilas etmək üçün əlindən gələni etdi. Joenun ona niyə ilişdiyini anlamırdı. Sonda o, başqa iş üçün deyil, özünün dediyi kimi, ruhunu xilas etmək üçün getdi.Başqalarına hörmətsizlik o qədər də açıq olmaya bilər və səbəb çox vaxt pis niyyətdə deyil, sadəcə düşüncəsizlikdədir. Bir proyekt üzərində çalışan zaman əməkdaşları incidən, onları ələ salanrəhbər və ya bütün tərifi özünə, səhv zamanı isə tabeçiliyində olan əməkdaşları günahlandıran bir menecer təsəvvür edin. Görünüşdə əhəmiyyətsiz kimi görünən bu vəziyyət açıq kobudluqdan daha təhlükəlidir. Bu cür davranışlar üst-üstə yığılır və əməkdaşları ruhdan salır.
Kobudluğun maliyyəti
Kobudluq- pisdir və bir çox idarəçi bununla razılaşar. Ancaq hamı başa düşmür ki, kobudluğun vurduğu maddi zərər kifayət qədər böyükdür. Bu cür davranış qurbanları adətən cavabdehləri və təşkilatı cəzalandırır. Bir çoxları hisslərini gizlədir və ya qeyri-ixtiyari qisas alır. 17 sənaye sahəsindən 800 menecer və işçi ilə müsahibə apararaq, onların qeyri-dost münasibətə necə reaksiya verdiyini dəqiq öyrəndik. Belə ki, sorğumuzda kobudluğa məruz qalan iştirakçılar:
- Qəsdən intensivliyi azaltdı (48%)
- Qəsdən az işləməyə başladı (47%)
- Qəsdən daha pis işləməyə başladı (38%)
- İşləmək əvəzinə inciklik yaşadılar (80%)
- İşləmək əvəzinə “cinayətkarla” üzbəüz gəlməkdən qaçındı (63%)
- Onların məhsuldarlığının aşağı düşdüyünü etiraf etdilər (66%)
- Şirkətdən məyus olduqlarını etiraf etdilər (78%)
- Kobud rəftara görə işdən ayrıldıqlarını etiraf etdilər (12%)
- Hirslərini müştərilərdən çıxdıqıarını etiraf etdilər (25%). Təcrübələr və başqa insanlarla da söhbətlər bizə düşünmək üçün əlavə material verdi. Və burada kobud davranışların vurduğu digər zərərləri aşkar etdik.
Yaradıcılıq zərər görür.
Florida Universitetindən menecment professoru Əmir Erez ilə birlikdə bir eksperiment apardıq və müəyyən etdik ki, nəzakətsiz davranışlar insanların yaradıcılıq qabiliyyətini 30% azaldır. Onlar 25% daha az ideya təklif edirlər.
Məsələn, bir kərpicin nə üçün faydalı ola biləcəyini soruşduqda, başqalarının kobud davranışına məruz qalan subyektlər məntiqli, lakin çox da maraqlı olmayan cavablar verdilər: ev, divar, məktəb tikmək və s. Nəzakətlə rəftar edilən subyektlər daha çox təxəyyül nümayiş etdirdilər.
Məhsuldarlıq aşağı düşür və komanda ruhu sarsılır.
İnsan hətta başqalarına qarşı kobud davranışı gördüyü zaman da əsəbiləşir. Təcrübələrimizdən birində bu cür vəziyyətlərin şahidi olan iştirakçılar tapmacaları digərlərindən 20% daha pis həll etdilər. Bundan əlavə, onlar hətta başqa çətin vəziyyətə düşmüş insanlar da daxil olmaqla, kömək etmək istəyini daha az nümayiş etdirdilər. Kobudluq şahidlərinin 25%-i və qalan subyektlərin 51%-i könüllü köməklik göstərdilər.
Müştərilər ayrılır.
244 istehlakçı ilə söhbət etdikdən sonra belə qənaətə gəldik ki, nəzakətsiz işçilər adi haldı. İstər ofisiantların, istər satıcıların və s. bir-birinə öz aralarında nəzakətsiz davranışları müştərilərə təsir edir. İnsanlar hörmətsizliyi sevmir və heç nə almadan gedir. Cənubi Kaliforniya Universitetinin marketinq professorları Debbie McInnis və Valerie Foulks ilə bu fenomeni araşdırdıq.
Eksperimentin iştirakçılarını iki komandaya bölərək birini banka göndərdik. Orada birinci qrupdan olan könüllülər “təsadüfən” çirkin mənzərənin şahidi oldular: bir işçi həmkarını kiməsə yanlış kredit kartı məlumatı verdiyinə görə danlayırdı.
Nəticədə, birinci komandanın iştirakçılarının yalnız 20% -i və ikincinin 80% gələcəkdə bu bankın xidmətlərindən istifadə etmək barədə razılığa gəlib. Və xoşagəlməz söhbətin şahidlərinin təxminən üçdə ikisi bu bankın bütün işçilərinə tam etibar etmədiklərini söylədi. Üstəlik, müxtəlif ssenarilər oynayaraq müşahidə etdik ki, cəzalandırılan işçinin qəbahətli və ya pis peşəkar olub-olmaması insanlara maraqlı deyil.
Onlar üçün bank işçisinin harda danlanmasının fərqi yoxdur: hamının gözü önündə ya bağlı qapılar arxasında. İnsanlar ümumiyyətlə kiməsə pis rəftarı görmək istəmirlər.
İnsidentlər qurumlara baha başa gəlir
Kadrlar şöbəsinin fikrincə, bir hadisə böyük diqqət və səy tələb edə bilər.
Accountemps şirkətində aparılan araşdırma (Fortune jurnalında dərc olunmuş) göstərib ki, Fortune 1000 siyahısındakı firmalarının menecerləri və rəhbərləri iş vaxtlarının 13%-ni (ildə yeddi həftə) işçilər arasında yaranan münaqişələri idarə etmək və həll etmək üçün sərf edirlər.
Problemi həll etmək üçün məsləhətçilərin və ya hüquqşünasların köməyinə müraciət etməli olduqda isə təbii olaraq xərclər artır.
Əlbəttə bu materiallar və müşahidələrin hamısı xarici ölkələrin təcrübəsidir. Ancaq Azərbaycanda da həm özəl həm də dövlət sektorunda belə sorğular və təcrübələr aparsalar yəqin ki, bir çox problemin olduğunu görərik.