Audit
xidmətindən yararlanın
yoxlamalardan
üzü ağ cıxın!
Audit – mühasibat uçotunun aparılması qaydasına riayət edilməsinin, təsərrüfat və maliyyə əməliyyatlarının AR qanunvericiliyinə uyğunluğunun, maliyyə hesabatında təşkilatın fəaliyyətinin əks olunması bütövlüyü və dəqiqliyinin yoxlanılması əsasında təşkilatın maliyyə hesabatlılığının müstəqil ekspertizasıdır. Ekspertiza auditor rəyinin tərtibi ilə qurtarır.
Audit-in məqsədi
Audit yoxlamasının məqsədi maliyyə hesabatlarının yoxlanması ilə, hesabatların düzgünlüyünün təsdiqi və ya onların qeyri-düzgün olmasının müəyyən olunması, yoxlanılan dövrdə məsrəflərin, gəlirlərin və müəssisə fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda tam, düzgün və dəqiq əks etdirilməsinin yoxlanılması, mühasibat uçotunun və hesabatlarının təşkili və tərtibi qaydalarını tənzımləyən qanunvericiliyə və normativ sənədlərə əməl olunmasına nəzarət və müəssisə əmlakının daha səmərəli istifadə imkanlarının müəyyən olunmasıdır.
Bizim Audit xidmətlərimiz
Bəzi sahibkarlar auditi qanuna uyğunluğun təlaşının bir hissəsi, digərləri isə qarşısını almaq istədikləri narahatlıqlarının həlli kimi qəbul edir.
Biz sizə bunu, biznesin daha yaxşı gələcəyi üçün bir platforma kimi görməyə köməklik göstərəcəyik.
Net Finance şirkəti, ən son texnologiyadan istifadə edərək, Beynəlxalq Audit Standartlarına və Ümumi Qəbul Olunmuş Audit Standartlarına əsaslanaraq sizə aşağıdakı audit xidmətlərini təklif edir:
- Maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsərrüfat subyektlərinin maliyyə(mühasibat) hesabatlarının auditi.
- Maliyyə-təsərrüfat əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması məqsədi ilə təsərrüfat subyektlərinin vergi hesabatlarının auditi.
- Əmlakın qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi.
- Qiymətli kağızların emmisiyası üçün rəylərin verilməsi.
- Nizamnamə kapitalının formalaşdırılmasının auditi.
- Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan audit.
- Daxili audit.
Məcburi auditin subyektləri
“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa görə, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunur.