İnsan Resursları
idarəsində
heç nə diqqətdən
kənar qalmayacaq!
İnsan resurslarının idarə edilməsi - iş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə etməklə, müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması və hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyir.
Net Finance olaraq biz sizə şirkətiniz üçün bu xidmətlərlə yanaşı mövcud əmək qanunvericiliyə əsasən aşağıdaki xidmətləri təklif edirik:
- Elektron hökumət portalında müvafiq əməliyyatların icrası
- İşçilərin şəxsi fayllarının yaradılması və idarə olunması, iş vaxtının uçotuna nəzarət, işə qəbul və işdən azad edilmə ilə əlaqədar sənədləşmələrin təşkili
- Vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması
- İşçilərin sosial və icbari sığortası prosedurları
- Xarici vətəndaşların işə qəbul prosesini təşkil etmək, onlara müvəqqəti, daimi yaşamaq icazələrinin, iş icazələrinin alınması
- Məzuniyyət uçotunun aparılması
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamaların aparılması
- Aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi