Skip to content

Haqqımızda:

“NET FINANCE” şirkəti, təcrübəli, peşəkar, dəqiq və gənc mütəxəssislərdən ibarət komandası ilə Sizin xidmətinizdədir. Şirkət, beynəlxalq və milli mühasibat uçotu standartlarını tətbiq etməklə yanaşı qüvvədə olan maliyyə qanunvericiliyinin tələblərini rəhbər tutaraq öz müştərilərinə dəqiq və fasiləsiz xidmət göstərməyi öz missiyası olaraq davam etdirməkdədir. Son zamanlar ən çox dəyişikliyə məruz qalan Vergilər Məcəlləsinin və digər qanunvericilik aktlarının sahibkarlıq fəaliyyətindən asılı olmadan fiziki və hüquqi şəxslərə aidiyyatını təhlil edərək ən doğru maliyyə yanaşmasını tətbiq edirik. Siz NET FINANCE şirkətini seçməklə rahatlıqla öz biznesinizin inkişafı haqqında düşünə bilərsiniz. Biz sizin dövlət qurumları ilə ünsiyyətinizi minimuma endirərək bütün xidmətlərimizi kənardan idarəetmə ilə dəqiq və fasiləsiz olaraq həyata keçiririk. Bununla siz, yüksək məvacibli işçi heyyətindən, bahalı proqram təminatlarından, ofis xərclərindən və digər məsrəflərdən azad olursunuz. Siz bizimlə əməkdaşlıq etməklə biznesinizin bütün vergi məsuliyyətini bir işçiyə deyil, bir şirkətə həvalə etmiş olursunuz. Bir sözlə NET FINANCE, sizin güvəninizə və etibarınıza arxalanarq biznesinizin inkişafı üçün yüksək ixtisaslı komandası ilə xidmət göstərməyi özünə başlıca missiya seçmişdir.

Net Finance dot

Tərəfdaşlarımız

Net Finance dot

Üzv olduğumuz assosasiyalar

Auditorlar palatası
Azərbaycan İqtisad universiteti