Skip to content
outsourcing-accounting-netfinance

Autsorsinq mühasibatliğın 7 faydası

Bir çox böyük və kiçik müəssisələr, biznesini yeni quran sahibkarlar, şirkətlərinin maliyyə hesabatlarını hazırlayan, bank hesabı əməliyyatlarını idarə edən, maliyyə məlumatlarını təhlil edən və çıxan hesab-fakturaları hazırlaya bilən bacarıqlı mühasib tapmaqda çətinlik çəkir. Münasib maaşla ixtisaslı və uyğun insanı tapmaq daha da çətindir. Bütün maliyyı və digər hesabatların bizmes daxilində aparmağın daha doğru olduğu düşünülür, ancaq düşünmək lazımdır ki, siz bunu etmək üçün lazımi bilik və təcrübəyə saghibsinizmi? Avropada bizneslə məşğul olanların böyük bir qismi düşünür ki, onlar 62% daha artıq vergi ödəyirlər. Buna görə də onlar bu cür işlərini daha professional şirkətə həvalə edirlər. Bir çox sahibkarlar və icraçı direktorlar autsorsinq xidmətlərin üstünlüklərini qeyd edirlər. Danimarka, İsveçrə, Norveç, İsveçdən olan sahibkarlar öz mühasibatlıq və maliyyə xidmətlərini autsorsingə həvalə etdikdən sonra qarşılaşdıqları 7 üstünlüyü sizinlə bölüşək.

1. Xərclərə qənaət

Bir çox müəssələr autsorsinq xidmətin gərəksiz xərc olduğunu düşünür. Əslində bu çox böyük yanılmadır. Əslində hər şey tərsinədir. Əksinə bu cür xidmət alan sahibkarlar xidmət keyfiyyətini qaldıraraq, xərclərini azaldır. Autsorsinq xidmətlərdən yararlandığınız zaman dsmf, ofis ləvazımatı və texnologiyası və digər xərclərdən azad olursunuz.

2. İşə qəbul prosesində vaxt itgisini və xərcləri aradan qalxması

İşə qəbul prosesi ciddi bir işdir. İşə qəbul strategiyasının yaradılmasından tutmuş, onlarla müsahibə üçün ərizəçilərin seçilməsinə qədər, onu idarə etmək üçün resurslar lazımdır. İşə qəbul prosesi sizin iş vaxtınızı alır.

3. Vaxta qənaət

Biznesinizi böyütmək, pulunuzu idarə etməyə daha çox vaxt və enerji sərf etmək lazımdır. Buna görə də, mühasibat və maliyyə uçotu, hr və s. kimi işləri autsorsing etmək vaxtınızı, enerjinizi və resurslarınızı biznes strategiyalarının yaradılmasına yönəltməyə kömək edəcək.

4. Təcrübəli mühasib və mühasibatlıq

Outsorsinq sizə münasib qiymətə daha yüksək təcrübəyə malik peşəkarı işə götürmək imkanını verir. Konsaltinq firmaları bazarda rəqabətədavamlı qalmaq üçün davamlı olaraq öz bacarıqlarını və ixtisaslarını təkmilləşdirməli olurlar. Təsəvvür edin, eyni ofisdə 50 nəfər işləyir. Onlar asanlıqla mühasibat uçotunun yeni tendensiyalarını, həllini paylaşa bilərlər. Əlavə olaraq, böyük mühasibatlıq şirkətlərinin təlimlərə, kurslara daha geniş çıxışı var və onlar mütəmadi olaraq belə kurslarda iştirak edirlər. Üstəlik, bir konsaltinq şirkəti sizə 1 mühasib deyil, mühasiblər komandasına giriş imkanı verir.

5. Sadə mühasibatlıq uçotu

Mühasibat xidməti təminatçıları heç bir gecikmə olmadan xidmətlərinizi əhəmiyyətli dərəcədə genişləndirmək imkanlarına malikdir.

6. Avtomatlaşdırma texnologiyaları

Əksər müəssisələr vaxta qənaət etmək üçün mühasibat uçotunun avtomatlaşdırılması proqramından istifadə edirlər. Bu, vaxta qənaət edəcək, lakin ən əsası riskləri azaldır. Mühasibat uçotunun avtomatlaşdırılması insan səhvlərini minimuma endirir. Potensial problemləri tutmağa və erkən mərhələdə həll etməyə kömək edir. Daxili saxtakarlıq ehtimalı azalır.

Mühasibat xidməti təminatçılarının əksəriyyəti Quickbooks, Sage, Visma, Xero, Microsoft Dynamics, SAP və s. kimi avtomatlaşdırma alətlərində yüksək ixtisaslıdır.

Mühasibləriniz hələ də yalnız Excel vərəqlərindən istifadə edirsə, vaxtınızı və pulunuzu boşa xərcləyirsiniz.

7. Mühasib sizin məsləhətçinizdir

Yaxşı mühasibin hesabatları daha effektiv nece etmək olar barədə yır zaman bir fikri vardır. Bəzən o çalışdığı digər şirkətin İstər vergi, istər mühasibat proqramı, istərsə də maliyyə məsləhətləri ilə bağlı cox gözəl təcrübəsini təklif edə bilər.

Digər məqalələr

Şərhlər

Hələlik şərh yoxdur, ilk yazan siz olun!


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir