Hər kəs həyatında ən azı bir dəfə 19-cu əsrin Amerikasını göstərən bir film görüb, burada kiçik bir tozlu şəhər var və onun mərkəzində Bank yazısı olan taxta bina yüksəlir. Hekayəyə görə, bu solğun beş küçəli şəhərciklərin hər biri müntəzəm olaraq quldurların diqqətini çəkir və banklar hər gün soyulurdu. Bu stereotip sayəsində bir çox insanlar bankçılığın ABŞ-da yarandığını düşünə bilər, lakin bu reallıqdan tamamilə uzaqdır.
Bankların tarixi təsvir edilən hadisələrdən çox əvvəl başlamışdır. Hələ eramızdan əvvəl 7-ci əsrdə çiçəklənən Babildə faizlə borc verən ilk sələmçilər var idi. Eyni zamanda qızılla eyni dəyərə malik olan ilk əskinaslar meydana çıxdı.
Hələ qədim Misirdə sələmə(faizlə) pul verənlər var idi. Ordu və hərbi əməliyyatlar onsuzda az olan büdcənin böyük bir qismini aldığı üçün Fironlar sələmçilərə müraciət edir və bir növ kredit alırdılar.
"Bank" sözünün italyan kökləri var və "masa" mənasını verən banco sözündən gəlir. Əvvəlcə banklar əsasən iri pulları xırda pullara dəyişir, sikkələrlə və digər nağd pulla əməliyyatlar aparırdı, lakin müxtəlif ölkələrin iqtisadiyyatının inkişafı ilə ilkin banklar göstərilən xidmətlərin siyahısını xeyli genişləndirdi.
Qədim dövrlərdə inkişaf etmiş ölkələrdə artıq bank sistemləri var idi. Məsələn, xaldeylər (semit tayfaları) tacirlər cəmiyyəti yaradaraq, faizlə borc verir və pul köçürmələrini həyata keçirirdilər. Çində hələ bizim eradan əvvəl bir növ çek kitabçası tətbiq olundu; Şərqdə alınmaz məbədlər pul anbarı, kahinlər isə bankir kimi fəaliyyət göstərirdilər.
Əmtəə-pul münasibətlərinin və kredit-maliyyə sisteminin inkişafı ilə kooperasiyanın bu növünü və onun inkişafını nizama salmaq zərurəti yarandı, yəni bank xidmətlərinin yaranması üçün bunlar ilkin şərtlər idi. Müxtəlif ölkələrdən olan tacirlər o dövrün banklarına gedib öz ölkələrinin valyutasını yerli valyuta ilə dəyişdirə, kredit tələb edə və ya pul yatıra bilərdilər.
Nə qədər sikayət etsək də müasir dünyada istər böyük holdinglərin istər kiçik və orta sahibkarın, istərsə də sadə vətəndaşların həyatını banksız, kreditsiz təsəvvür etmək mümkün deyil. Bu gün demək olar ki hamını kredit kartı var.
Hələlik şərh yoxdur, ilk yazan siz olun!