Skip to content
Verginin tarixi, History of tax Net Finance

Verginin tarixi

Azərbaycanın xarici ticarət əlaqələri çox qədim dövrlərə gedib çıxır. Bizim eradan əvvəl ikinci minilliyin ikinci yarısında yerli tayfalar Assur, Fələstin və Misir ölkələri ilə xammal və məhsullar mübadiləsi aparır, həmin ölkələrdən isə bəzək əşyaları və müxtəlif soyuq silahlar gətirərdilər. Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Zəncan, Naxçıvan və digər sahələr ölkə daxilində mühüm ticarət mərkəzlərinə çevrilmişdir. Bu şəhərlər başqa dövlətlərlə təkcə quru ilə deyil, həm də dəniz yolu ilə ticarət əlaqələri yarada bilmişdilər. Məşhur "Böyük ipək yolu" vasitəsilə Orta Asiya, Çin, Hindistan, Kiçik Asiya ölkələri ilə ticarət əlaqələri formalaşmışdır.

Ölkədə hazırlanmış xalçalar, bəzək şeyləri, yun məmulatları və s. ixrac olunaraq əvəzində lazım olan istehlak malları idxal olunurdu. Bu zaman satış üçün müxtəlif vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük vergiləri və rüsumları adlanır.

Bizim eranın əvvəllərində indiki Şimali Azərbaycanın və Cənubi Dağıstanın ərazisini əhatə edən Albaniya dövləti yarandı. Tarixi mənbələrdə bu ərazidə neft, təbii qaz, dəmir, mis və s. kimi qiymətli ehtiyatların olduğu göstərilir ki, bunlar da sonradan ticarət subyektlərinə çevrilirdilər. Şirvanda (Bakıda) neft və duz məhsullarının üzərinə vergi qoyulmuşdur ki, bu da müasir dildə mədən vergisi və aksiz vergisi kimi dəyərləndirilir. Bakı şəhərində gömrük ilk dəfə Rusiya İmperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis edilmiş və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdir. "Gülüstan" (1813) və "Türkmənçay" (1828) müqavilələrindən sonra Azərbaycanda Rusiyanın Gömrüklə bağlı qərarları qüvvəyə mindi. Həmin vaxt Rusiya ərazisində 1811-ci ildə qəbul olunmuş gömrük tarifləri, 1819-cu ildə qəbul edilmiş gömrük nizamnaməsi qüvvədə idi.

Bakı gömrüyü "Zaqafqaziya ölkəsində gömrük idarəetməsi barədə əsasnamə"-yə görə, 31 iyul 1831-ci il tarixdən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən "Bakı anbar gömrükxanası" adını almışdır. Azərbaycan Demokratik Respublikasının (1918 – 1920-ci illər) vaxtında bu sahədə konkret bir iş görülməsə də, dövlətçilik baxımından bütün siyasi addımlar atılmışdır. Bütün vergi siyasətinə maliyyə naziri N.Yusifbəyli rəhbərlik etmişdir. 1919-cu ilin martında F.Xoyski hökuməti istefa verdikdən sonra, N.Yusifbəyli baş nazir (14 aprel 1919) oldu. Nəsib bəy parlamentdə hökumətin yeni proqramı ilə çıxış edərək, digər sahələrlə yanaşı qonşu dövlətlərlə ilk iqtisadi əlaqələr yaradılmasını da xüsusi qeyd etmişdir. Lakin 1920-ci ilin aprel inqilabı bu siyasətin başa çatdırılmasına imkan verməli. 18 oktyabr 1991-ci ildə "Azərbaycan öz müstəqilliyini qazandı və müstəqillik haqqında Konstitusiya aktı qəbul olundu. 30 yanvar 1992-ci ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 561 saylı fərmanı ilə Gömrük Komitəsi yaradıldı. Komitə əsasən keçmiş Azərbaycan Respublikası Gömrük İdarəsinin bazasında yaradılmışdır. Gömrüyün faydaları: Ölkənin sənayesi qorunur. Xarici ölkələrdə daha ucuz qiymətə istehsal olunan malın ölkəyə daha ucuz qiymətə daxil olması yerli sənayeyə mənfi təsir göstərəcək. Yerli sənaye daxili bazara mal sata bilməyəcəyi zaman iş yerləri bağıanır, işçiləri ixtisar edilir. Belə olan halda ölkədə işsizlik daha da artır. Ona görə də xarici ölkələrdən daxili bazardan ucuz mal və ya xidmət gələndə müəyyən gömrük vergisi alınır və daxili bazar qorunur. Xaricdən mal və xidmət göndərən şirkət ödədiyi gömrük vergisini aradan qaldırmaq üçün mal və xidmətlərinin qiymətini artırır. Daxili bazar qorunur.

• Gömrük vergiləri ölkə üçün gəlir mənbəyidir.
• Ölkələr mal və xidmətlərə tətbiq etdikləri gömrük vergiləri ilə xaricdən idxal edilən məhsullara nəzarət etməyi hədəfləyirlər. Ölkə üçün tələb olunan mal və xidmətlərin ölkəyə girişini sürətləndirmək üçün gömrük vergilərini aşağı tutmaqla yanaşı, ölkəyə girişini çətinləşdirmək istədikləri mal və xidmətlərin gömrük rüsumlarını artırırlar.

 

Digər məqalələr

Şərhlər

Hələlik şərh yoxdur, ilk yazan siz olun!


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir