Skip to content

İnsan resursları haqqında

Dilimizə və iş sisteminə yeni daxil olan insan qaynaqları nədir? Qurumlarda kadrlar şöbəsi kimi fəaliyyət göstərən bölmə 1980-ci illərdən etibarən insan resurslarının idarə edilməsi ilə əvəz olunmağa başladı. Şöbənin adı dəyişsə də bu gün əksər qurumlarda kadr idarəçiliyi öz fəaliyyətinə köhnə üsulla davam etməkdədir. Bu iki anlayış çox vaxt eyni mənada işlədilsə də, funksiyaları ilə fərqlənirlər. Kadrların idarə edilməsi, işə qəbulun rəsmiləşdirilməsi, işdən azad etmə, əmrlərin verilməsi, əmək haqqının təyin edilməsi kimi fəaliyyətləri əhatə etdir. Gəlin bu peşənin indiki mahiyyətini anlamağa çalışaq. Onun funksiyalarına ilk növbədə insanlarla ünsiyyət, vakant vəzifəyə namizədlərin seçilməsi, işçilər üçün mükafat və cəza sisteminin yaradılması, həmçinin şirkətin korporativ üslubunun saxlanılması və hətta inkişafı daxildir. Komandadakı ab-hava əsasən bu insanlardan asılıdır. Buna görə də, kadr menecerinin səlahiyyətinə müəssisənin məqsəd və missiyasını formalaşdırmaq və işçilərə çatdırmaq, təşkilatın daxili ruhunu gücləndirməyə kömək edəcək fəaliyyətlər həyata keçirmək, həmçinin hər bir işçinin tutduğu vəzifə üçün öz perspektivlərini açmaq imkanı yaratmaq daxildir. HR meneceri üçün əsas tələblərdən biri ali təhsilin olmasıdır.Hüquqi, iqtisadi, psixoloji, pedaqoji, kommersiya kimi istənilən təhsil ola bilər,əsas odur ki, bu təhsil dərin və sistemli olsun. Əxlaqi və mənəvi keyfiyyətlərə xüsusi diqqət yetirilməlidir. Sözü gedən sahənin əməkdaşı təşkilatçı, anlayışlı, ünsiyyətçil və praktik olmalıdır.

Bu peşənin fəaliyyətinin effektivliyini müşahidə etmək üçün “Billions” serialındakı Vendi obrazına xüsusi diqqət yetirmək olar.

Digər məqalələr

Şərhlər

Hələlik şərh yoxdur, ilk yazan siz olun!


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir