Skip to content
learned-helpness-netfinanceaz

Öyrənilmiş çarəsizlik

Bir nəfər fil düşərgəsindən keçərkən çox əcaib bir görüntü ilə rastlaşır. Böyük fillər qəfəslərdə və zincirlərlə bağlanmamışdır. Onların düşərgədən qaçmağını əngəlləyən tək şeyin ayaqlarına bağlanmış kiçik ip olduğunu görür. Adam çox çaşqın halda fillərə baxır. İpi qoparıb düşərgədən qaçacaq gücləri olmasına baxmayaraq bunu etmirlər. Hətta dayanıb bir müddət onlara baxdıqda buna heç cəhd də etmir. Adam marağını saxlaya bilmir və düşərgədəki tərbiyyəçilərə yaxınlaşıb, fillərin niyə o şəkildə durduqlarını və qaçmağa çalışmadıqlarını soruşur. Tərbiyyəçi sakit bir şəkildə cavab verdi:

- Onlar çox balaca olduğu zaman eyni boyda olan iplərdən istifadə edirik. Bu iplər kiçik yaşlarda onları tutmağa bəs edir. Böyüdükcə qaça bilməyəcəklərinə şərtlənmiş olurlar. Yəni iplərin hələ də onları saxladığına inanırlar. Bu səbəbdən əsla sərbəst qalmağa çalışmırlar.

Buna “öyrənilmiş çarəsizlik” deyirlər. Yəni həyatda insanın çarəsiz qalmağı təbiidir. Bəzi anlarda problemi həll etmək çox çətindir və ya özünü çarəsiz hiss edə bilərsən. Ancaq həqiqətən çarəsiz olmadığımız halda o cür zənn edib həll yolu tapmaq əvəzinə məğlubiyyəti başdan qəbul etmək olmaz. Bu insanın özünə etdiyi ən böyük haqsızlıqdır. Problemin böyüklüyündən aslı olmayaraq hər zaman bir çıxış yolu var!

 

Digər məqalələr

Şərhlər

Hələlik şərh yoxdur, ilk yazan siz olun!


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir