Verginin tarixi

Verginin tarixi, History of tax Net Finance

Azərbaycanın xarici ticarət əlaqələri çox qədim dövrlərə gedib çıxır. Bizim eradan əvvəl ikinci minilliyin ikinci yarısında yerli tayfalar Assur, Fələstin və Misir ölkələri ilə xammal və məhsullar mübadiləsi aparır, həmin ölkələrdən isə bəzək əşyaları və müxtəlif soyuq silahlar gətirərdilər. Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Zəncan, Naxçıvan və digər sahələr ölkə daxilində mühüm ticarət mərkəzlərinə çevrilmişdir. Bu şəhərlər başqa dövlətlərlə təkcə quru ilə deyil, həm də dəniz yolu ilə ticarət əlaqələri yarada bilmişdilər. Məşhur "Böyük ipək yolu" vasitəsilə Orta Asiya, Çin, Hindistan, Kiçik Asiya ölkələri ilə ticarət əlaqələri formalaşmışdır.

Ölkədə hazırlanmış xalçalar, bəzək şeyləri, yun məmulatları və s. ixrac olunaraq əvəzində lazım olan istehlak malları idxal olunurdu. Bu zaman satış üçün müxtəlif vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük vergiləri və rüsumları adlanır.

Bizim eranın əvvəllərində indiki Şimali Azərbaycanın və Cənubi Dağıstanın ərazisini əhatə edən Albaniya dövləti yarandı. Tarixi mənbələrdə bu ərazidə neft, təbii qaz, dəmir, mis və s. kimi qiymətli ehtiyatların olduğu göstərilir ki, bunlar da sonradan ticarət subyektlərinə çevrilirdilər. Şirvanda (Bakıda) neft və duz məhsullarının üzərinə vergi qoyulmuşdur ki, bu da müasir dildə mədən vergisi və aksiz vergisi kimi dəyərləndirilir. Bakı şəhərində gömrük ilk dəfə Rusiya İmperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis edilmiş və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdir. "Gülüstan" (1813) və "Türkmənçay" (1828) müqavilələrindən sonra Azərbaycanda Rusiyanın Gömrüklə bağlı qərarları qüvvəyə mindi. Həmin vaxt Rusiya ərazisində 1811-ci ildə qəbul olunmuş gömrük tarifləri, 1819-cu ildə qəbul edilmiş gömrük nizamnaməsi qüvvədə idi.

Bakı gömrüyü "Zaqafqaziya ölkəsində gömrük idarəetməsi barədə əsasnamə"-yə görə, 31 iyul 1831-ci il tarixdən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən "Bakı anbar gömrükxanası" adını almışdır. Azərbaycan Demokratik Respublikasının (1918 – 1920-ci illər) vaxtında bu sahədə konkret bir iş görülməsə də, dövlətçilik baxımından bütün siyasi addımlar atılmışdır. Bütün vergi siyasətinə maliyyə naziri N.Yusifbəyli rəhbərlik etmişdir. 1919-cu ilin martında F.Xoyski hökuməti istefa verdikdən sonra, N.Yusifbəyli baş nazir (14 aprel 1919) oldu. Nəsib bəy parlamentdə hökumətin yeni proqramı ilə çıxış edərək, digər sahələrlə yanaşı qonşu dövlətlərlə ilk iqtisadi əlaqələr yaradılmasını da xüsusi qeyd etmişdir. Lakin 1920-ci ilin aprel inqilabı bu siyasətin başa çatdırılmasına imkan verməli. 18 oktyabr 1991-ci ildə "Azərbaycan öz müstəqilliyini qazandı və müstəqillik haqqında Konstitusiya aktı qəbul olundu. 30 yanvar 1992-ci ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 561 saylı fərmanı ilə Gömrük Komitəsi yaradıldı. Komitə əsasən keçmiş Azərbaycan Respublikası Gömrük İdarəsinin bazasında yaradılmışdır. Gömrüyün faydaları: Ölkənin sənayesi qorunur. Xarici ölkələrdə daha ucuz qiymətə istehsal olunan malın ölkəyə daha ucuz qiymətə daxil olması yerli sənayeyə mənfi təsir göstərəcək. Yerli sənaye daxili bazara mal sata bilməyəcəyi zaman iş yerləri bağıanır, işçiləri ixtisar edilir. Belə olan halda ölkədə işsizlik daha da artır. Ona görə də xarici ölkələrdən daxili bazardan ucuz mal və ya xidmət gələndə müəyyən gömrük vergisi alınır və daxili bazar qorunur. Xaricdən mal və xidmət göndərən şirkət ödədiyi gömrük vergisini aradan qaldırmaq üçün mal və xidmətlərinin qiymətini artırır. Daxili bazar qorunur.

• Gömrük vergiləri ölkə üçün gəlir mənbəyidir.
• Ölkələr mal və xidmətlərə tətbiq etdikləri gömrük vergiləri ilə xaricdən idxal edilən məhsullara nəzarət etməyi hədəfləyirlər. Ölkə üçün tələb olunan mal və xidmətlərin ölkəyə girişini sürətləndirmək üçün gömrük vergilərini aşağı tutmaqla yanaşı, ölkəyə girişini çətinləşdirmək istədikləri mal və xidmətlərin gömrük rüsumlarını artırırlar.

 

Velisoped planetin yavaş-yavaş ölümü deməkdir

Velisoped Planetin yavaş-yavaş ölümüdür

Euro Eximbankın baş icraçı direktoru bunu dediyində iqtisadçıları əvvəlcə düşündürdü sonra davam etdi. Velisopedçi ölkə iqtisadiyyatı üçün bütünlüklə bir fəlakətdir, bunlar;

Maşın almır, bankdan borc da almır, sığorta ödəmir, benzin almır, periodik baxım üçün pul xərcləmir, pullu avtoparkdan istifadə etmir, böyük qəzalara səbəb olmur, çox yönlü yol tələb etmir, kökəlmir.

Velisopeddən istifadə edən sağlam insanın iqtisadiyyata faydası yoxdur; dərman almır, həkim və ya xəstəxanaya demək olar ki, müraciət etmir. Buna qarşılıq olaraq hər yeni fastfood mağazası ən az 30 yeni iş yeri, 10 kardioloq, 10 diş həkimi, 10 dietoloq deməkdir.

Diqqət: Velisopedçi, yoxsa Mc Donalds və ya...?

P.S. Yerimək daha da pisdir, çünki onlar heç velisoped də almır.

Autsorsinq mühasibatliğın 7 faydası

outsourcing-accounting-netfinance

Bir çox böyük və kiçik müəssisələr, biznesini yeni quran sahibkarlar, şirkətlərinin maliyyə hesabatlarını hazırlayan, bank hesabı əməliyyatlarını idarə edən, maliyyə məlumatlarını təhlil edən və çıxan hesab-fakturaları hazırlaya bilən bacarıqlı mühasib tapmaqda çətinlik çəkir. Münasib maaşla ixtisaslı və uyğun insanı tapmaq daha da çətindir. Bütün maliyyı və digər hesabatların bizmes daxilində aparmağın daha doğru olduğu düşünülür, ancaq düşünmək lazımdır ki, siz bunu etmək üçün lazımi bilik və təcrübəyə saghibsinizmi? Avropada bizneslə məşğul olanların böyük bir qismi düşünür ki, onlar 62% daha artıq vergi ödəyirlər. Buna görə də onlar bu cür işlərini daha professional şirkətə həvalə edirlər. Bir çox sahibkarlar və icraçı direktorlar autsorsinq xidmətlərin üstünlüklərini qeyd edirlər. Danimarka, İsveçrə, Norveç, İsveçdən olan sahibkarlar öz mühasibatlıq və maliyyə xidmətlərini autsorsingə həvalə etdikdən sonra qarşılaşdıqları 7 üstünlüyü sizinlə bölüşək.

1. Xərclərə qənaət

Bir çox müəssələr autsorsinq xidmətin gərəksiz xərc olduğunu düşünür. Əslində bu çox böyük yanılmadır. Əslində hər şey tərsinədir. Əksinə bu cür xidmət alan sahibkarlar xidmət keyfiyyətini qaldıraraq, xərclərini azaldır. Autsorsinq xidmətlərdən yararlandığınız zaman dsmf, ofis ləvazımatı və texnologiyası və digər xərclərdən azad olursunuz.

2. İşə qəbul prosesində vaxt itgisini və xərcləri aradan qalxması

İşə qəbul prosesi ciddi bir işdir. İşə qəbul strategiyasının yaradılmasından tutmuş, onlarla müsahibə üçün ərizəçilərin seçilməsinə qədər, onu idarə etmək üçün resurslar lazımdır. İşə qəbul prosesi sizin iş vaxtınızı alır.

3. Vaxta qənaət

Biznesinizi böyütmək, pulunuzu idarə etməyə daha çox vaxt və enerji sərf etmək lazımdır. Buna görə də, mühasibat və maliyyə uçotu, hr və s. kimi işləri autsorsing etmək vaxtınızı, enerjinizi və resurslarınızı biznes strategiyalarının yaradılmasına yönəltməyə kömək edəcək.

4. Təcrübəli mühasib və mühasibatlıq

Outsorsinq sizə münasib qiymətə daha yüksək təcrübəyə malik peşəkarı işə götürmək imkanını verir. Konsaltinq firmaları bazarda rəqabətədavamlı qalmaq üçün davamlı olaraq öz bacarıqlarını və ixtisaslarını təkmilləşdirməli olurlar. Təsəvvür edin, eyni ofisdə 50 nəfər işləyir. Onlar asanlıqla mühasibat uçotunun yeni tendensiyalarını, həllini paylaşa bilərlər. Əlavə olaraq, böyük mühasibatlıq şirkətlərinin təlimlərə, kurslara daha geniş çıxışı var və onlar mütəmadi olaraq belə kurslarda iştirak edirlər. Üstəlik, bir konsaltinq şirkəti sizə 1 mühasib deyil, mühasiblər komandasına giriş imkanı verir.

5. Sadə mühasibatlıq uçotu

Mühasibat xidməti təminatçıları heç bir gecikmə olmadan xidmətlərinizi əhəmiyyətli dərəcədə genişləndirmək imkanlarına malikdir.

6. Avtomatlaşdırma texnologiyaları

Əksər müəssisələr vaxta qənaət etmək üçün mühasibat uçotunun avtomatlaşdırılması proqramından istifadə edirlər. Bu, vaxta qənaət edəcək, lakin ən əsası riskləri azaldır. Mühasibat uçotunun avtomatlaşdırılması insan səhvlərini minimuma endirir. Potensial problemləri tutmağa və erkən mərhələdə həll etməyə kömək edir. Daxili saxtakarlıq ehtimalı azalır.

Mühasibat xidməti təminatçılarının əksəriyyəti Quickbooks, Sage, Visma, Xero, Microsoft Dynamics, SAP və s. kimi avtomatlaşdırma alətlərində yüksək ixtisaslıdır.

Mühasibləriniz hələ də yalnız Excel vərəqlərindən istifadə edirsə, vaxtınızı və pulunuzu boşa xərcləyirsiniz.

7. Mühasib sizin məsləhətçinizdir

Yaxşı mühasibin hesabatları daha effektiv nece etmək olar barədə yır zaman bir fikri vardır. Bəzən o çalışdığı digər şirkətin İstər vergi, istər mühasibat proqramı, istərsə də maliyyə məsləhətləri ilə bağlı cox gözəl təcrübəsini təklif edə bilər.

İnsan resursları haqqında

Dilimizə və iş sisteminə yeni daxil olan insan qaynaqları nədir? Qurumlarda kadrlar şöbəsi kimi fəaliyyət göstərən bölmə 1980-ci illərdən etibarən insan resurslarının idarə edilməsi ilə əvəz olunmağa başladı. Şöbənin adı dəyişsə də bu gün əksər qurumlarda kadr idarəçiliyi öz fəaliyyətinə köhnə üsulla davam etməkdədir. Bu iki anlayış çox vaxt eyni mənada işlədilsə də, funksiyaları ilə fərqlənirlər. Kadrların idarə edilməsi, işə qəbulun rəsmiləşdirilməsi, işdən azad etmə, əmrlərin verilməsi, əmək haqqının təyin edilməsi kimi fəaliyyətləri əhatə etdir. Gəlin bu peşənin indiki mahiyyətini anlamağa çalışaq. Onun funksiyalarına ilk növbədə insanlarla ünsiyyət, vakant vəzifəyə namizədlərin seçilməsi, işçilər üçün mükafat və cəza sisteminin yaradılması, həmçinin şirkətin korporativ üslubunun saxlanılması və hətta inkişafı daxildir. Komandadakı ab-hava əsasən bu insanlardan asılıdır. Buna görə də, kadr menecerinin səlahiyyətinə müəssisənin məqsəd və missiyasını formalaşdırmaq və işçilərə çatdırmaq, təşkilatın daxili ruhunu gücləndirməyə kömək edəcək fəaliyyətlər həyata keçirmək, həmçinin hər bir işçinin tutduğu vəzifə üçün öz perspektivlərini açmaq imkanı yaratmaq daxildir. HR meneceri üçün əsas tələblərdən biri ali təhsilin olmasıdır.Hüquqi, iqtisadi, psixoloji, pedaqoji, kommersiya kimi istənilən təhsil ola bilər,əsas odur ki, bu təhsil dərin və sistemli olsun. Əxlaqi və mənəvi keyfiyyətlərə xüsusi diqqət yetirilməlidir. Sözü gedən sahənin əməkdaşı təşkilatçı, anlayışlı, ünsiyyətçil və praktik olmalıdır.

Bu peşənin fəaliyyətinin effektivliyini müşahidə etmək üçün “Billions” serialındakı Vendi obrazına xüsusi diqqət yetirmək olar.

Virtual köməkçilərin ixtiraçısı

Apple, Google, Microsoft-un virtual köməkçiləri “Siri” və ardından gələn “Google Now” və “Cortana” kimi texnologiyaların təməlinin əslində Türkiyənin Dənizli şəhərindən olan bir çobanın qoyduğunu bilirsiniz? Bir zamanlar çoban olan daha sonra ABŞ-a gedərək Enşteyn teoriyalarında əksikliklər tapan və Siri-ni icad edən professor Hüseyin Yılmaz. 13 avqust 1924-cü ildə Dənizlinin Acıpayam mahalının Yumrutaş kəndində anadan olmuşdur. Dörd yaşında olanda anasını itirir. Müəllimi və yolda rastlaşdığı bir adam sayəsində Dənizli Liseyinə yazılır. Orta məktəbi bitirdikdən sonra İstanbul Texniki Universitetinin Elektrik fakültəsində bakalavr, Massaçusets Texnologiya İnstitutunda isə magistr dərəcəsi alır. Massaçusets Texnologiya İnstitutunu fizika professoru kimi bitirir. 1958-ci ildə o, Albert Eynşteynə funksiyalar nəzəriyyəsində tapdığı çatışmazlıqlar haqqında məktub yazır, lakin məktub ona çatana qədər Eynşteyn ölür. Daha sonra o, tapıntılarını elmi jurnalda dərc etdirir. Yılmaz bu tapıntılara əsaslanaraq cazibə nəzəriyyəsini ortaya atır. Huseyn Yilmaz

Apple, Google, Microsoft-un virtual köməkçiləri “Siri” və ardından gələn “Google Now” və “Cortana” kimi texnologiyaların təməlinin əslində Türkiyənin Dənizli şəhərindən olan bir çobanın qoyduğunu bilirsiniz? Bir zamanlar çoban olan daha sonra ABŞ-a gedərək Enşteyn teoriyalarında əksikliklər tapan və Siri-ni icad edən professor Hüseyin Yılmaz.

13 avqust 1924-cü ildə Dənizlinin Acıpayam mahalının Yumrutaş kəndində anadan olmuşdur. Dörd yaşında olanda anasını itirir. Müəllimi və yolda rastlaşdığı bir adam sayəsində Dənizli Liseyinə yazılır. Orta məktəbi bitirdikdən sonra İstanbul Texniki Universitetinin Elektrik fakültəsində bakalavr, Massaçusets Texnologiya İnstitutunda isə magistr dərəcəsi alır. Massaçusets Texnologiya İnstitutunu fizika professoru kimi bitirir. 1958-ci ildə o, Albert Eynşteynə funksiyalar nəzəriyyəsində tapdığı çatışmazlıqlar haqqında məktub yazır, lakin məktub ona çatana qədər Eynşteyn ölür. Daha sonra o, tapıntılarını elmi jurnalda dərc etdirir. Yılmaz bu tapıntılara əsaslanaraq cazibə nəzəriyyəsini ortaya atır.